Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Türkiyəli müğənni Oğuzhan Koç ötən gün konsertində siqaret çəkən şəxsi məkandan qovub.
Axşam.az xəbər verir ki, ifaçı mahnı oxuduğu əsnada tamaşaçıların və səhnənin önündən siqaret çəkərək keçən şəxsi saxlayıb. Müğənni əsəbiləşərək bu haqqı ona kimin verdiyini soruşub və ondan zalı tərk etməsini tələb edib.
Oğuzhan daha sonra açıqlama verərək, həmin şəxsi təkcə siqaret çəkdiyinə görə yox, ətrafda əylənən insanları narahat etdiyinə görə bu addımı atdığını bildirib.