Oğuzhanın konsertində qalmaqal

21.09.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyəli müğənni Oğuzhan Koç Edirnədəki konserti zamanı tamaşaçılardan biri ilə yaşadığı insidentlə gündəmə gəlib.

“Yeni Sabah” xəbər verir ki, səhnədə “Bulutlara Esir Olduk” mahnısını ifa edən sənətçi qarşısından ağzında siqaret olan bir gəncin keçdiyini görüb.

O, mahnını yarımçıq saxlayaraq gəncdən siqareti söndürməsini istəyib. Müğənni əvvəlcə “Söndür baxım onu. Bir dəqiqə. Qardaşım, yaraşıqlım” deyərək tamaşaçıya müraciət edib. pizza mizza

Daha sonra müğənni gəncin onun qarşısından keçmə tərzinə də irad bildirib. Koç “Buradan lap yanımdan qolunda çanta və siqaretlə keçdin, artist-artist. Söndür baxım siqaretini” deyərək narazılığını ifadə edib.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra müzakirələrə səbəb olub. Bəzi istifadəçilər Koçun siqaretlə bağlı reaksiyasını dəstəkləsə də, digər şəxslər onun istifadə etdiyi ifadələri tənqid ediblər.

Oğuzhan Koç daha sonra məsələ ilə bağlı açıqlama verərək reaksiyasının yalnız siqaretə görə olmadığını bildirib. Müğənni həmin şəxsin uzun müddət ətrafındakı insanları narahat etdiyini və protokol zonasına digər tamaşaçılardan fərqli olaraq sərbəst şəkildə daxil olub-çıxdığını qeyd edib.

Aydan Hacı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью