Oğuzun kəndinə 80 sm qədər qar yağdı, yolda hərəkət çətinləşdi FOTO/VİDEO

01.03.2025

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən axşamdan başlayan və gün ərzində yağan qarın ən çox müşahidə edildiyi yaşayış məntəqələrindən biri Oğuzun ucqar Filfilli kəndidir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Filfilli kəndi rayon mərkəzindən 50 km-ə yaxın məsafədə yerləşir.
Kənd Böyük Qafqazın ətəklərinə sığınıb və bir tərəfindən Qara çay axır.
Sakinlərin sözlərinə görə, səhər saatlarında kəndin daxili yollarında eləcə də Xaçmaz- Filfilli istiqamətində bir qədər çətinlik yaradıb.
Səhər saatlarında yoldan ancaq NİVA markalı və yük avtomobilləri istifadə edə bilib. Günorta saatlarına yaxın rayon yol istismar idarəsinin texnikası kənd yolullarını təmizləyib və nəqliyyatın hərəkətindəki problem aradan qaldırılıb.
Kəndə yağan qarın qalınlığı 70-80 sm təşkil edir.
Qarın kənd evlərinin damında fəsadlar yaratmaması üçün təmizləmə işləri aparılır.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью