Icma.az, Modern.az saytına istinadən bildirir. Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı, keçmiş müdafiə naziri Seyran Ohan
Modern.az xəbər verir ki, müvafiq qərar Ermənistan məhkəməsi tərəfindən verilib.
İttihama görə, o, maliyyə vəsaitlərinin xərclənməsinə, material-texniki vasitələrin və əmlakın istifadəsinə nəzarət etmək vəzifəsinə malik olduğu halda, 2010-2015-ci illər ərzində şəxsi maraqları və mənfəət güdməsi səbəbilə vəzifə səlahiyyətlərini xidmət maraqlarına zidd şəkildə istifadə edib, dövlətə məxsus torpaq sahəsini mənimsəyib.
Həmin ərazidə tikinti aparmaq hüququ olmadığı halda, Ermənistan Müdafiə Nazirliyinin Kapital Tikinti və Qoşunların Məskunlaşdırılması İdarəsinin rəisi Aşot Qriqoryana və digər şəxslərə tapşırıq verərək, Müdafiə Nazirliyinin satınalma proseslərində iştirak etmiş tikinti təşkilatlarını və onların işçilərini cəlb etməklə, özünə həmin sahədə fərdi yaşayış evi tikilməsini təşkil edib və təmin edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.