Ohanyan üzə çıxdı “Azərbaycan XTQ ni, Ermənistan isə polisi gücləndirir”

28.01.2026

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


“Azərbaycan demək olar ki, gündəlik rejimdə yeni xüsusi təyinatlı bölmələr yaradaraq xüsusi təyinatlı qüvvələrini (XTQ) artırarkən, Ermənistanda isə polis gücləndirilir”.

Bakupost.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın sabiq müdafiə naziri, parlamentdəki “Ermənistan” bloku müxalif fraksiyasının rəhbəri Seyran Oqanyan “Yerablur”da jurnalistlərlə açıqlamasında bildirib.
Ohanyan xüsusilə Paşinyan hökumətinin yeni silah növləri alması ilə fəxr etməsini yersiz hesab edib: “Şəxsən mən hesab edirəm ki, keçən 5 il itirilmiş zamandır. Daha çox iş görülə bilərdi. Məsələn, yeni milli təhlükəsizlik strategiyası hazırlamaq və orduda yeni vəzifələrə uyğun struktur dəyişiklikləri həyata keçirmək olardı”.
“Rəqib sülh barədə danışır, amma bununla yanaşı yeni xüsusi təyinatlı bölmələr yaradır. Və bunu gündəlik rejimdə edir. Ermənistanda isə bunun əvəzinə xüsusi polis qüvvələri yaradılır”, – deyə S.Ohanyan bildirib.
Cavid, BakuPost
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью