Okan Buruk derbini buraxacaq

21.11.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Türkiyə Superliqasının XII turunda “Samsunspor”la keçirilən oyundan sonra qırmızı vərəqə alıb.

Apasport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis qarşılaşmanın final fitindən sonra ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Baş hakim Ali Şansalanın qərarı nəticəsində Okan Buruk XIII turda “Beşiktaş”la keçiriləcək derbidə komandasının yanında ola bilməyəcək.

Qeyd edək ki, “Qalatasaray” “Samsunspor”u 2:1 hesabı ilə məğlub edərək xalını 31-ə çatdırıb və liderliyini qoruyub.

“Real Madrid” “Valensiya”nı darmadağın etdi – Arda Gülər də fərqləndi “Mançester Siti”dən gözlənilməz məğlubiyyət, “Arsenal” liderliyini möhkəmləndirdi “Qalatasaray” 7 qolluq matçda qalib gəldi A Seriyası: “Napoli” Turindən xalsız qayıdır La Liqa: “Real” 3 xalı 3 qolla qazandı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью