Okan Buruk Dibalanın Qalatasaraya mümkün transferindən danışdı

29.12.2024

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk İstanbul nəhənginin "Roma"nın və Argentina millisinin Paulo Dibalanı sıralarına cəlb edəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini şəxsi "X" hesabı üzərindən jurnalist Yağız Sabuncuoğlu belə çatdırıb:

"O, çox dəyərli oyunçudur. İstənilən məşqçi Dibalanı sərəncamında görmək istəyər. Biz nəsə ediriksə, gizlin etməliyik. Türkiyədə belə proseslər çox açıq şəkildə gedir. Bu, məni narahat edir".

Cari mövsüm "Roma" forması ilə bütün turnirlərdə 19 matça çıxan Dibala 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью