Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”

27.10.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Fənərbaxça” üzərində qazanılan qələbədən sonra açıqlama verib.

Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis əzəli rəqiblərinə qarşı uğurlu çıxışlarının səbəblərindən danışıb.

“Dörd mövsümü geridə qoymuşam, indi beşinci mövsümümdür. Həmişə “Fənərbaxça” ilə çempionluq uğrunda mübarizə aparmışıq. Birbaşa rəqibimiz olduqları üçün onlara qarşı daim qələbə planları hazırlamışıq. Bu planlarımız həmişə işə yarayıb.

Əlbəttə, özümüzəinam da var. Psixoloji baxımdan belə oyunlara daha üstün vəziyyətdə çıxırsan. Eyni komandaya qarşı çox qalib gəldikcə özünəinamın da artır.

İstər evdə, istərsə də səfərdə həmişə qələbə üçün oynamışıq. Bəlkə də yalnız bir oyunu istisna edə bilərəm. İki il əvvəl Vinçiçin idarə etdiyi, öz meydanımızda keçirilən qarşılaşmanı nəzərdə tuturam. Həmin matçda böyük üstünlük qura bilməmişdik və heç-heçəyə məyus olmamışdım.

Bundan başqa, bütün oyunlarda qələbə üçün meydana çıxmışıq. Məhz buna görə də bu nəticələri əldə etmişik”.

Qeyd edək ki, Türkiyə Super Liqasının IX turunda keçirilən “Qalatasaray” – “Fənərbaxça” görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Lev Yaşin” mükafatının qalibi bəlli olub De la Fuente zirvədə - İLİN ƏN YAXŞI BAŞ MƏŞQÇİSİ SEÇİLDİ İlin ən yaxşı gənc futbolçusu seçildi – ardıcıl üçüncü dəfə İstanbul derbisində sevinən tərəf “Qalatasaray” oldu - YENİLƏNİB Mbappe “Qızıl top”da tarixi rekorda imza atıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью