Okan Buruk hakimdən gileyləndi: “Rahat qələbə qazana bilərdik”

10.09.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasında “Sportinq”ə uduzduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:3 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Penaltidən buraxdığımız qol ruh düşkünlüyü yaratdı. Rəqibi təbrik edirəm, sözlərim onlara aid deyil. Amma bu matçda hakim səhvlərinə görə uduzduq. Verilən hər qərar əleyhimizə oldu. Bir neçə epizodda qırmızı vərəqə verilməli idi. Düşünürəm ki, VAR hakimi yerində olmayıb, yoxsa nə üçün heç nəyə müdaxilə etmədi? Burada çox rahat qələbə qazana bilərdik, amma hakim buna imkan vermədi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью