Okan Buruk meydandan qovuldu

21.11.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Türkiyə Superliqasının XII turunda “Samsunspor”la keçirilən oyundan sonra qırmızı vərəqə alıb.

Modern.az xəbər verir ki, 53 yaşlı mütəxəssis qarşılaşmanın final fitindən sonra ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Baş hakim Ali Şansalanın qərarı nəticəsində Okan Buruk XIII turda “Beşiktaş”la keçiriləcək derbidə komandasının yanında ola bilməyəcək.

Qeyd edək ki, “Qalatasaray” “Samsunspor”u 2:1 hesabı ilə məğlub edərək xalını 31-ə çatdırıb və liderliyini qoruyub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью