Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda

09.09.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının 1-ci turunda “Sportinq”lə keçirəcəkləri oyun barədə danışıb.

QOL.az klubun saytına istinadən xəbər verir ki, türkiyəli mütəxəssis Lissabon təmsilçisinin güclü komanda olduğunu və qarşılaşmanın çətin keçəcəyini bildirib.

“İlk növbədə çox güclü komandaya qarşı oynayacağıq. Ötən mövsüm onlar 1/4 finala qədər irəliləyiblər. Öz meydanlarında 4 qələbə qazanıblar. “Arsenal”ı nəzərə almasaq, evdə heç kimə uduzmayıblar. Komandada dəyişikliklər olsa da, "Sportinq"in heyətində çox yaxşı futbolçular var. 

Beş oyun keçiriblər və həmin qarşılaşmalar əsasında analiz aparmışıq. “Sportinq”in nə qədər mobil olduğunu, meydanda keyfiyyətli oynadığını və rəqib qapısına nə qədər sürətlə yaxınlaşdığını görürük. Ona görə də asan matç olmayacaq.

Biz də yaxşı komandayıq və güclü futbolçularımız var. Bəzi itkilərimiz mövcuddur, onların arasında önəmli oyunçular da var. Lakin mən həmişə deyirəm: meydanda 11 futbolçu olacaq, ehtiyat oyunçularımız isə komandaya sonradan güc verə bilərlər. Futbolçularıma tam güvənirəm. Meydana çıxıb qələbə üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Sportinq” – “Qalatasaray” oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью