Okan Buruk rekord qırdı

16.09.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Avropa futbolunda böyük uğura imza atıb.

“Yeni Sabah” xəbər verir ki, təcrübəli mütəxəssis Türkiyə Superliqası və Avropanın "Böyük beşlik" liqalarındakı baş məşqçilər arasında ən yüksək qələbə faizinə sahib olan isim olub.

Açıqlanan statistikaya əsasən, Okan Buruk 79.87% qələbə göstəricisi ilə siyahıda birinci pillədə qərarlaşıb. O, bu göstərici ilə Avropa futbolunun aparıcı məşqçilərini üstələməyi bacarıb. pizza mizza

Sosial şəbəkələrdə geniş müzakirələrə və zarafatlara səbəb olan bu göstərici, "Qalatasaray"ın son mövsümlərdəki sabit və dominant oyununun növbəti göstəricisi kimi qiymətləndirilir.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью