Okan Buruk Romaya gedir?

14.11.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İtaliyanın "Roma" klubu yeni baş məşqçi axtarışlarını davam etdirir.

"Cebheinfo.az" xəbər verir ki, onların hədəfində "Qalatasaray"da uğurlu işlərə imza atan Okan Buruk var.

İtaliya mediasında yayılan xəbərlərə əsasən, "Roma" 51 yaşlı baş məşqçiyə təklif verib. Lakin Okan Burukun İstanbul təmsilçisindən ayrılmaq istəmədiyini deyərək təklifi rədd etdiyi iddia olunur.

Qeyd edək ki, Okan Buruk "Qalatasaray"ın başında 113 matça çıxıb. Mütəxəssis bu matçlarda 86 qələbə, 12 bərabərlik və 15 məğlubiyyət yaşayıb. O, "Cim-Bom"da 2 dəfə Türkiyə Super Liqasında, 1 dəfə də Türkiyə Super Kubokunda çempion olub.

Elmir
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью