Okan Buruk: “Sağ çıxdığımıza şükür etməliyik”

02.12.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Super Liqanın XIV turunda “Fənərbağça”ya qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Oyunla bağlı danışacaq çox şey yoxdur. Baş verənləri hər kəs gördü. Həyatımızı güclə qurtardıq. Kazımcanın gözü kor ola bilərdi. İki futbolçumuzun ayağı qırıla bilərdi. Bu matçdan sağ çıxdığımıza şükür etməliyik. Amma heç kim unutmasın, biz də “Qalatasaray”ıq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью