Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının əsas mərhələsində “Ştutqart”la matç öncəsi fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Buruk qələbə üçün komandasının həm hücumda, həm də müdafiədə diqqətli olmalı olduğunu vurğulayıb:
“Əsas məsələ qol imkanları yaratmaq və rəqibə qapımız qarşısında mümkün qədər az fürsət verməkdir. Matç boyu oyun səviyyəmizi qorumalı, bütün komanda müdafiədə fədakarlıq göstərməlidir”.
Qeyd edək ki, İstanbul təmsilçisi noyabrın 3-də Bakı vaxtı ilə 21:45-də Almaniya klubu ilə doğma meydanda qarşılaşacaq. “Qalatasaray” Çempionlar Liqasının ilk üç turunda bir qələbə qazanıb. İstanbul klubu “Lill”ə qalib gəlib, “Sportinq” və “Barselona”ya isə məğlub olub.