Okan Buruk yeni mövsümdən etibarən İtaliya klubunu çalışdıra bilər | Icma.az
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İtaliyanın "Latsio" klubu "Qalatasaray"ın təcrübəli baş məşqçisi Okan Burukun keçidində maraqlıdır.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, Okan Buruk 2022-ci ildən "Qalatasaray"a başçılıq edir.
O, hazırda "sarı-qırmızılar"la ardıcıl üçüncü çempionluğu qazanmaq istəyir.
"Latsio" "sarı-qırmızılar"la uğurlu nəticələrə imza atan çalışdırıcının keçidi üçün danışıqlara başlayacaq.
Xatırladaq ki, 51 yaşlı mütəxəssis futbolçuluq karyerası ərzində İtaliyada çıxış edib. O, üç il "İnter"in formasını geyinib.
Türkiyəli çalışdırıcı italyan dilində də danışa bilir. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu