Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qalatasaray” klubunun baş məşqçisi Okan Buruk yeni rekordun bir addımlığındadır.
Yenisabah.az xəbər verir ki, mütəxəssis “Tottenhem”lə baş tutacaq matçdan qələbə ilə ayrılacağı təqdirdə UEFA Avropa Liqasında ən çox qələbə qazanan türk baş məşqçi olacaq.
“Başakşehir” və “Qalatasaray”ın başında Avropa Liqasında 15 oyuna çıxan Okan Buruk bu matçlarda 8 qələbə, 2 heç-heçə, 5 məğlubiyyət alıb.
İstedadlı mütəxssis özü kimi 8 qələbə əldə edən Şenol Günəş, Aykut Kocaman və Mustafa Rəşid Akçayı geridə qoymaq niyyətindədir.
Okan Buruka Avroliqada yeni rekord üçün 1 qələbə kifayət edir. “Tottenhem”lə matçda o buna olduqca yaxındır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.