Okan Burukun bu paylaşımı Fənərbağça nı dəli etdi FOTOlar

20.05.2025

Icma.az bildirir, Milli.az portalına istinadən.

"Qalatasaray" 25-ci çempionluğunun ardından əzəli rəqibləri "Fənərbağça" və "Beşiktaş"A atmacalı bir çox paylaşımlar edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Sarı-qırmızı"ların "Gələcəyə Dönüş" filmi üzərindən hazırladığı qurğulu video diqqət çəkib.

"Cim-bom"un "Bu filmin sonu yoxdur. Qədərinizdən qaça bilməzsiniz..." başlığı ilə paylaşdığı video sosial mediada böyük səs-küy yaradıb.

Okan Burukun videonun başlanğıcında televiziyadan 2035-ci ildə İstanbulun göstərildiyi videonu izlədiyi görünür.

"Fənərbağça" klubunun Prezidenti Ali Koç, Başçı köməkçisi Acun Ilıcalı və b aş məşqçi Jose Mourinyo da videodan nəsibini alanların sırasında idi.

Bu paylaşım qısa müddət ərzində azarkeşlər arasında trendə çevrildi.

Hüseyn
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью