Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Okeanın dərinliklərində aşkarlanan və iki ildən artıqdır alimləri düşündürən sirli qızılı obyektin mənşəyi müəyyən edilib.
“Cebheinfo.az” xəbər verir ki, 2023-cü ildə Alyaska körfəzində, okeanın təxminən 3250 metr dərinliyində aparılan tədqiqat zamanı qəribə qızılı rəngli kürə aşkar olunub.
Uzaqdan naməlum yumurtaya və ya süngərə bənzəyən obyekt alimlərin marağına səbəb olub. Onun nə olduğu barədə müxtəlif ehtimallar irəli sürülsə də, uzun müddət dəqiq nəticə əldə etmək mümkün olmayıb.
ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) və Smithsonian Milli Təbiət Tarixi Muzeyinin mütəxəssisləri obyektin fiziki quruluşunu və DNT-sini araşdırıblar.
Tədqiqat nəticəsində məlum olub ki, qızılı kürə Relicanthus daphneae adlı nəhəng dəniz anemonunun bir hissəsidir. Bu, həmin canlının dəniz dibindəki qayalara yapışmasına kömək edən əsas toxumasının qalığıdır.
Alimlər hesab edirlər ki, anemonun əsas hissəsi ölmüş və ya başqa yerə köçmüş ola bilər. Lakin onun necə ayrıldığı hələ də dəqiq məlum deyil. Beləliklə, iki ildən artıq davam edən müəmmalı araşdırma nəticəsində okeanın dərinliklərindəki qızılı obyektin sirri açılıb.
Mütəxəssislər bildirirlər ki, okeanın dərinlikləri hələ də öyrənilməmiş çoxsaylı canlı və təbii hadisələrlə zəngindir.
Vilayət Muxtar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin