Okean üzərində çaxnaşma yaşandı

01.04.2025

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İndoneziyanın Bali adasından Melburna uçan Avstraliya aviaşirkətinin təyyarəsi bir sərnişinin Hind okeanı üzərindən təyyarənin qapısını açmağa cəhd etməsindən sonra geri dönmək məcburiyyətində qalıb.

News24.az xəbər verir ki, bu barədə şirkət açıqlama verib.

Sərnişinin Bali adasında yerli hakimiyyət orqanları tərəfindən təyyarədən endirildiyi bildirilib.

Sosial şəbəkələrdə yayılan videoya görə, ekipajı xəbərdar edən siqnal səslənənə qədər qadın qapının dəstəyini qaldıra bilib.

Onu da qeyd edək ki, təyyarədə dəqiq neçə sərnişin və ekipaj üzvü olduğu barədə heç bir açıqlama verilməyib.

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью