Okeanı asanlıqla keçən ən böyük sürünən...

13.01.2026

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.

Dünyanın ən böyük sürünənlərindən olan daraqlı timsah növləri asanlıqla okean cərəyanlarından istifadə etməklə, çox uzun məsafələri qət etməyi bacarırlar.

Reyting.az xəbər verir ki, tədqiqatçıların yeni araşdırmalarına görə, ilk dəfə 2010-cu ildə Avstraliyada elm adamları tərəfindən aparılan tədqiqatlarda 27 timsah izlənilib.

Alimlərin müşahidələri göstərib ki, su axını dəyişəndə onlar hərəkətə gəlib, daha sonra isə bu daraqlı timsah növləri cərəyan "üzərində sürüşməyə" başlayıblar. Bu sınanmış üsuldan istifadə edən daraqlı timsahlar 50 kilometrdən çox məsafəni qət etməklə, tam maneəsiz açıq dənizə çıxa bilirlər.

Ən maraqlı fakt isə 3,84 metrlik timsahın 25 günə 590 kilometr yol getməsidir.

Oqtay QORÇU


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью