Okeanı tədqiq etmək üçün ilk “ağıllı” gəmi hazırlanıb | Icma.az
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çində hazırlanmış və avtonom naviqasiya, habelə ağıllı idarəetmə sistemləri ilə təchiz edilmiş “Tongji” adlı ilk intellektual tədqiqat gəmisi Şanxayda istismara verilib.
Avtosfer.az xəbər verir ki, bu barədə “China Daily” nəşrində məlumat dərc olunub.
Gəmi Şanxaydakı Tonji Universiteti adından Çin Dövlət Gəmiqayırma Korporasiyası tərəfindən inşa edilib və dənizdə elmi ekspedisiyalar aparmaq, sahil tikinti işlərini yerinə yetirmək, dənizçilik və mühəndislik ixtisası üzrə təhsil alan tələbələr üçün təcrübə keçmək üçün nəzərdə tutulub.
Mühəndislərin fikrincə, yeni kəşf dəniz geologiyası, biologiya, kimya və əlaqəli fənlər kimi sahələrdə tədqiqatların aparılması üçün çoxfunksiyalı üzən kompleksdir.
Elektrik reaktiv mühərriki olan gəmini sahildən uzaqdan idarə etmək mümkündür.
O, açıq sularda avtonom naviqasiya və intellektual enerji idarəetmə sistemi ilə təchiz edilib.
“Tongji” buz zonaları istisna olmaqla, demək olar ki, hər hansı bir okean bölgəsində hərəkət edə bilər.
Tam oxu
Xəbəri oxu