Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Alimlər Sakit okeanın dərinliklərində indiyədək məlum olan ən dərin partlayışlı vulkan püskürməsinin izlərini aşkarlayıblar.
Adalet.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Beynəlxalq tədqiqatçılar qrupu kəşfi okean səthindən təxminən 6500 metr dərinlikdə həyata keçirilən araşdırmalar zamanı edib.
Alimlər dünyanın ən dərin okean çökəkliklərindən biri olan Marian çökəkliyini xüsusi uzaqdan idarə olunan sualtı aparat vasitəsilə tədqiq ediblər.
Araşdırma zamanı okeanın ən dərin nöqtəsi hesab edilən Çellencer çökəkliyinin ətrafındakı sualtı süxurlar öyrənilib.
Kəşf okeanların dərin qatlarında baş verən geoloji proseslərin daha yaxşı anlaşılması baxımından əhəmiyyət daşıyır.