Okeanlarda daha sürətlə qabarma prosesi gedir

14.03.2025

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


2024-cü ildə qlobal dəniz səviyyəsində gözlənilməz artım qeydə alınıb və okeanlarda daha sürətlə qabarma prosesi gedir.
Reyting.az
xəbər verir ki, bu barədə NASA-nın mütəxəssislər məlumat yayıblar.
Təşkilatın saytında yerləşdirilən hesabatda dəniz səviyyəsinin gözlənildiyindən daha sürətlə yüksəldiyi bildirilir. Bu, əsasən isti fəsildə suyun qızdığı zaman genişlənməsi ilə bağlıdır.
Qeyd olunur ki, 2024-cü ildə dünya dənizlərinin səviyyəsi 0,59 santimetr artıb. Alimlər isə 0,43 santimetr artım proqnozlaşdırmışdılar.
V. QULİYEV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью