OklakomaSiti Tander yeni NBA rekordu İdman və Biz

05.11.2024

Icma.az, Idman.biz saytına istinadən bildirir.

"Oklakoma-Siti Tander" NBA-da yeni rekord müəyyənləşdirib.

İdman.biz xəbər verir ki, komanda mövsümün startında 7 oyunda dalbadal 10 və daha yüksək xal fərqi ilə qələbə qazanıb.

Son turda "Orlando Mecik"ə 102:86 hesabı ilə qalib gələn Oklahoma basketbolçuları Qərb Konfransına başçılıq edirlər. Komanda keçirdiyi oyunlarda minimum 12, maksimum isə 24 xal fərqi ilə qalib gəlib.

Qeyd edək, Şərq Konfransına başçılıq edən "Klivlend Kavaliers"də keçirdiyi 8 oyunda maksimum nəticəyə imza atıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью