Oksana Samoylova Ciqanla bağlı məhkəməyə MÜRACİƏT ETDİ

24.09.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Məşhur rusiyalı bloger və iş xanımı Oksana Samoylova keçmiş həyat yoldaşı, reper Ciqanın valideynlik hüquqlarının məhdudlaşdırılması tələbi ilə məhkəməyə müraciət edib.
Bizim.Media xəbər verir ki, iddia ərizəsi Moskvanın Savelovski Rayon Məhkəməsinə təqdim olunub.
 

MÖVZU İLƏ BAĞLI: 
Ciqan uşaqların gözü qarşısında işçilərini girov götürüb onlara atəş açdı – FOTO/VİDEO

O.Samoylovanın vəkili Marina Dubrovskayanın sözlərinə görə, iddia həmçinin azyaşlı uşaqların yaşayış yerinin onların anası Oksana Samoylovanın yanında müəyyən edilməsini nəzərdə tutur.
Xatırladaq ki, tanınmış rusiyalı reper Ciqan Moskva vilayətində evində işçilərini girov götürdükdən sonra onlara atış açıb. Hadisə uşaqlarının gözü qarşısında baş verib.
Qeyd edək ki, 2012-ci ilin dekabr ayında ailə həyatı quran Ciqan və Oksana Samoylova bu ilin aprel ayında boşanıblar. Onların üç qızı (Ariela, Leya, Maya) və bir oğlu (David) var.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью