Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. Oksford İngilis Dili Lüğəti "beyin çürüməsi" ("brain rot") ifadəsini 2024-cü ilin sözü elan
Oxu.Az-ın məlumatına görə, bu barədə Oksford Universiteti Nəşriyyatının ("Oxford University Press") Mətbuat Xidməti məlumat yayıb.
Lüğət "beyin çürüməsi"ni belə izah edib: "Əsasən trivial və ya primitiv hesab edilən materialın (xüsusilə onlayn kontent) həddindən artıq istehlakının nəticəsi kimi qəbul edilən zehni və ya intellektual vəziyyətin güman edilən pisləşməsi".
Qeyd olunub ki, son bir ildə bu söz lüğətdə əvvəlkindən 230% daha çox axtarılıb.
Bildirilib ki, "beyin çürüməsi" sözünün ilk istifadəsi 1854-cü ildə amerikalı yazıçı Henri David Toro (1817-1862) tərəfindən "Volden, yaxud meşədə həyat" ("Walden; or, Life in the Woods") kitabında qeydə alınıb.
Son aylarda bu söz sosial şəbəkələrdə sürətlə populyarlaşıb və bloqerlərin və jurnalistlərin daimi leksikonuna daxil olub.
İlin sözü "Oxford University Press"in ekspertləri tərəfindən nəşriyyatın saytında onlayn səsvermənin nəticələri nəzərə alınmaqla seçilib.
Ümumilikdə altı söz seçimə təqdim edilib. "Beyin çürüməsi"ndən başqa, "təmkinli" sözünün sinonimi olan "demyur" (demure) sifəti, süni intell