Oksford lüğəti ilin sözünü seçib

02.12.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Oxford Dictionary" bu il ən çox istifadə edilən və cəmiyyətdə maraq oyadan sözü seçib.

Bakıvaxtı.az xəbər verir ki, bu söz sosial medianın lazımsız və əyləncə məqsədli istifadəsi ilə bağlı istifadə edilən "beyin çürüməsi" söz birləşməsi olub.

Belə ki, lüğətin əməkdaşları  37 mindən çox insanın iştirakı ilə 6 namizəd söz arasından ilin sözünü müəyyən edib.

Qeyd edək ki, “beyin çürüməsi” sözünün lüğət mənası “əhəmiyyətsiz və məcburedici olmayan məzmunun həddindən artıq istehlakı nəticəsində insanın psixi vəziyyətinin və intellektual vəziyyətinin pisləşməsi” kimi müəyyən edilib.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью