Oksford professorundan qorxunc proqnoz: İnsanlar məhv olacaq, yerini onlar tutacaq

21.11.2024

Publika.az saytına istinadən Icma.az xəbər verir.

Oksforddan olan zooloq alim Tim Koulson insanların tamamilə yoxa çıxması halında onların yerini hansı canlıların tuta biləcəyi barədə fikirlərini bildirib.

Publika.az xəbər verir ki, professor insanların yox olacağı təqdirdə, osminoqların Yer kürəsində ilk insan olmayan sivilizasiyanı yaratmaq potensialına malik olduğunu bildirib. Elmi baxımdan belə bir vəziyyətin gələcəkdə də olması istisna deyil.

Koulson qeyd edib ki, osminoqların intellektual qabiliyyətləri və dəyişən ətraf mühit şəraitinə yüksək uyğunlaşması onları bu rola namizəd edir.

Tim “The European” nəşrinə verdiyi müsahibədə özünün “The Universal History of Us” adlı kitabı haqqında da danışıb. O əlavə edib ki, həşəratlar qısa ömür sürdüklərinə görə sivilizasiyaya rəhbərlik edə bilməyəcəklər. Osminoqlar da öz növbəsində sualtı şəhərlər qurmağa başlaya bilərlər, lakin bu, uzun illər çəkəcək.

“Təkamül gözlənilməzdir və biz insanların məhv olması halında onun hansı yolu tutacağını dəqiq proqnozlaşdıra bilmərik”, - deyə alim yekunlaşdırıb.

Tural

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью