Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Türkiyəli məşhur aktyor Oktay Kaynarcanın yeni serialı bəlli olub.
“Cebheinfo.az” xəbər verir ki, sənətçi yeni serial üzərində çalışır.
Öz şirkəti “KYN Yapım” tərəfindən çəkiləcək layihə “Kafkas” adlanacaq. Oktay Kaynarca ekran işində baş rol “Kafkas” obrazına həyat verəcək.
Layihənin ssenaristi Mehmet Ercan Erdem, rejissoru isə Mustafa Şevki Doğan olacaq. Hekayənin İstanbul xaricində keçəcəyi də bəlli olub.
Qeyd edək ki, “Kafkas”ın çəkilişlərinə dekabr ayında start veriləcək. Serialın yanvar ayında yayımlanması planlaşdırılır.
Elmir Mustafa
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin