Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olundu

19.10.2026

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Oktyabrın 16-da Sumqayıt Dövlət Dram Teatrında yazıçı Nizami Muradoğlunun eyniadlı pyesi əsasında səhnələşdirilən “Zülmətdə nur” tamaşası növbəti dəfə nümayiş etdirilib.

Kulis.az xəbər verir ki, bu dəfə tamaşa tanınmış aktyor, Prezident mükafatçısı Oktay Mehdiyevin 50 illik yubileyinə həsr olunub.

Səhnə əsərində 1937-ci il repressiyalarının qurbanı olmuş mütəfəkkir şair-dramaturq Hüseyn Cavidin faciəli həyatından bəhs edilir. Tamaşada, həmçinin Cavid əfəndinin müasirləri, əqidə və qələm dostları Əhməd Cavad və Mikayıl Müşfiqin, eləcə də onların ailələrinin yaşadığı ağır və məşəqqətli günlər əks olunur.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı isə Telman Qəniyevdir.

Səhnə əsərində Əməkdar artistlər Rauf Ağakişiyev, Sədaqət Nuriyeva və İzaməddin Bağırov, eləcə də aktyorlar Habil Xanlarov, Oktay Mehdiyev, Yeganə Məmmədvəliyeva, Şəmistan Süleymanlı, Elay Xasıyev, Məryəm Hüseynli, İlham Səfərli, Dağlar Rüstəmov, Akif Mirzəyev, Rövşən Əsgərov, Kamran Muradlı, Rövşad İlyasov və başqaları çıxış ediblər.

Tamaşanın sonunda Sumqayıt Dövlət Dram Teatrının Yaradıcılıq şöbəsinin müdiri, Xalq artisti Firudin Məhərrəmov çıxış edərək Oktay Mehdiyevi yubileyi münasibətilə təbrik edib. O, aktyorun zəngin yaradıcılıq yolundan və sənət fəaliyyətindən söz açıb.

Sonda teatrın direktoru Samir Şəfiyev tərəfindən Oktay Mehdiyevə fəxri fərman təqdim olunub.

Qeyd edək ki, Oktay Nüsrət oğlu Mehdiyev 22 oktyabr 1976-cı ildə anadan olub. O, 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsinə qəbul olunub, 1998-ci ildə isə ali təhsilini başa vurub.

1999-cu ildən Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərən Oktay Mehdiyev bu müddət ərzində müxtəlif xarakterli, yaddaqalan obrazlar yaradıb.

Sənət fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilən aktyor 9 may 2024-cü il və 8 may 2025-ci il tarixlərində Prezident mükafatına layiq görülüb.

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq "Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi? Yeni romanının çıxmasına bir gün qalmış vəfat etdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью