Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünən Sabirabadda baş verən qəzada ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, “Hyundai” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-2106”nın sürücüsü Rahim İbrahimov hadisə yerində ölüb.
Digər avtomobilin sürücüsü Oktay Qasımov və sərnişinlər Kamal Qədirli, Mirəli Əskərov bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanılıb.