Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Oktay Saral Türkiyə Prezidentinin Baş müşaviri vəzifəsindən istefa verməsi barədə açıqlama yayıb.
Modern.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, 2016-cı ildən bəri icra etdiyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri vəzifəsindən istefa ərizəsini bu gün təqdim edib.
Oktay Saral bildirib ki, istefası inandığı dəyərlərdən və xalqa xidmət etmək əzmindən geri çəkilməsi demək deyil. O, bundan sonra da Prezident Rəcəb Tayyib Ərdoğanın yanında eyni inam və qətiyyətlə yoluna davam edəcəyini vurğulayıb (APA).