Oktyabr hadisələrinin təkrarlanmasına imkan verməyəcəyik Nazir

03.01.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

İsrailin xarici işlər naziri Gideon Saar Suriya ilə sərhədə səfər edib və bu ərazidə yerləşən BMT qüvvələrinin komandanı ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə "Times of Israel" yazıb. 

"Biz İsrail Müdafiə Qüvvələri ilə onların qüvvələri arasında səmərəli əməkdaşlığı müzakirə etdik. UNDOF qüvvələri bufer zonada ekstremist silahlı qruplar tərəfindən hücuma məruz qalıb, İsrail Suriyadakı vəziyyəti diqqətlə izləyir və öz təhlükəsizliyini pozmayacaq. 7 oktyabr hadisələrinin heç bir cəbhədə təkrarlanmasına imkan verməyəcəyik", - deyə nazir "X" sosial şəbəkəsində yazıb.

Ağarza Elçinoğlu


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью