Oktyabrda 28 aptek yoxlanıldı

05.11.2024

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin oktyabr ayı ərzində 28 aptekdə yoxlama aparılıb.

Sfera.az xəbər verir ki, Bakı şəhəri üzrə 27, respublikanın digər şəhər və rayonlarında isə bir aptek olmaqla, 26 aptekdə planlı, 2 aptekdə plandan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3 maddəsi üzrə protokollar tərtib edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью