Oktyabrda BMT ilə Azərbaycan 2026 2030 çərçivə proqramı İMZALAYACAQ

29.09.2025

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

COP29-un hazırlanması və keçirilməsi yalnız bir tədbir deyildi, bu, ardıcıl fəaliyyətə çevrilmiş öhdəlikdir.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, bunu II Bakı İqlim Fəaliyyəti Həftəsinin açılışında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib.

“Bizim əsas vəzifəmiz bu təşəbbüsləri yeni əməkdaşlıq çərçivəsinə çevirməkdir. Mən ümid edirəm ki, 24 oktyabr – BMT Günündə BMT ilə Azərbaycan arasında 2026–2030-cu illəri əhatə edən proqram imzalanacaq. Bu sənəd iqlim fəaliyyəti, iqlim ədaləti, yaşıl iqtisadiyyat və gənclərin iştirakını birgə işimizin əsas sütunlarına çevirəcək”, – Andreyeva vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью