Oktyabrın 1 də iki güclü günəş partlaması qeydə alındı

02.10.2025

Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun məlumatına görə, oktyabrın 1-də iki güclü günəş partlaması baş verib.

Doğru.az xəbər verir ki, Günəş Astronomiya Laboratoriyasının saytında yayılan qrafikə əsasən, hər iki partlama M sinfi güclü təsnifat həddini bir qədər keçib. Birinci partlama Moskva vaxtı ilə səhər saat 5:00 radələrində, ikinci isə saat 20:00 radələrində baş verib.

Qeyd olunur ki, əvvəlki açıqlamasında Rusiya Elmlər Akademiyasının müxbir üzvü və Kosmik Tədqiqatlar İnstitutunun direktoru Anatoli Petrukoviç günəş aktivliyinin artmasının sağlam insanlar üçün təhlükəli olmadığını bildirmişdi.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью