Oktyabrın 12 də dünyanın sonu gələcək Pastor

07.10.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Dünyanın sonu ilə bağlı proqnozlar verən məşhur cənubi afrikalı pastor Coşua Mlakela 12-13 oktyabr tarixlərində bəşəriyyətin sonunun gələcəyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə “Ekspress” nəşri məlumat yayıb.

Mlakela bu tarixi Tanrı və İsa Məsihin ona görünməsindən sonra öyrəndiyini deyib.

Onun sözlərinə görə, bəzi xristianların Böyük Müsibət dövründən əvvəl möminlərin göyə qalxması kimi qəbul etdikləri hadisənin məhz bu günlərdə baş verəcəyi ehtimal olunur.

Pastor son müddətin qəti olduğunu və heç bir təxirəsalmanın olmayacağını bildirib.

Qeyd edək ki, Mlakela dünyanın sonunun sentyabrın 23-də gələcəyini demişdi. Bu tarix özünü doğrultmayanda pastor bildirmişdi ki, Tanrı insanlara tövbə etmək üçün vaxt verməyi qərara alaraq, Qiyamət gününü təxirə salıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью