Oktyabrın 9 da “Bakı Fintex Forumu 2025” keçiriləcək

03.10.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Oktyabrın 9-da “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin (AzFina) təşkilatçılığı, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə “Bakı Fintex Forumu 2025” keçiriləcək.

Bizimyol.info xəbər verir ki, “Baku Marriott Hotel Boulevard”da keçiriləcək Foruma dünyanın bir çox ölkəsindən qonaqlar dəvət olunub.

Tədbirdə beynəlxalq maliyyə institutlarının, fintexlərin, bankların və digər maliyyə təşkilatlarının nümayəndələri iştirak edəcək.

Yerli və beynəlxalq ekspertlər tərəfindən fintex sektorunda son illər həyata keçirilən yeniliklər ətrafında müzakirələr aparılacaq.

Tədbir iştirakçıları fintex sektoru üzrə öz proqnozlarını bölüşəcək və onun maliyyə sektorundakı təsirləri haqqında fikir mübadiləsi aparacaqlar.

Tədbir çərçivəsində açıq bankçılıq, rəqəmsal ödənişlər, süni intellekt, fırıldaqçılıqla mübarizə, kibertəhlükəsizlik kimi müxtəlif mövzular ətrafında panel müzakirələri aparılacaq.

Forumda iştirak etmək istəyənlər tədbirin rəsmi saytından bilet əldə edə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью