futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı məşqçisi adına layiq görülüb.
Futbolpress.az xəbər verir ki, turnirin rəsmi saytında dərc olunan məlumata görə, 47 yaşlı italiyalı mütəxəssis səsvermədə Mikel Arteta, Unay Emeri, Xabi Alonso, Marko Roze və Fabian Hürtseleri qabaqlayıb.
Oktyabr ayına turnir cədvəlinin sonuncu pilləsində başlayan London klubu De Zerbinin rəhbərliyi altında ay ərzində keçirdiyi 4 matçda 10 xal toplayaraq ilk onluğa yüksəlib.b
Qeyd edək ki, karyerasında ilk dəfə bu mükafatı qazanan De Zerbi 2023-cü ilin oktyabrında fərqlənən Ange Postekoqludan sonra ayın ən yaxşısı seçilən ilk “Tottenhem” çalışdırıcısı olub.