Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Ukrayna oktyabr ayının sonuna qədər ABŞ və Rusiya ilə texniki səviyyədə üçtərəfli görüşdə iştirak etməyə hazırdır”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski bunu Kiyevdə Almaniya kansleri Fridrix Merz ilə birgə mətbuat konfransında açıqlayıb.
Zelenskinin sözlərinə görə, Amerika tərəfi hazırda Ukrayna və Rusiya ilə əlaqə saxlayır və belə bir görüşün keçirilməsini təklif edir. O, əlavə edib ki, Kiyev iştirak etməyə hazır olduğunu təsdiqləyib.
"Amerika tərəfi hazırda Ukrayna və Rusiya ilə əlaqə saxlayır və oktyabr ayının sonuna qədər texniki səviyyədə üçtərəfli formatda görüş keçirməyi təklif edir", - deyə Ukrayna Prezidenti bildirib.
Zelenski qeyd edib ki, Kiyevin mövqeyi ilə bağlı yeni məlumat yoxdur:
“Ukrayna Birləşmiş Ərəb Əmirliklərində və ya Vaşinqtonun təklif etdiyi başqa bir ölkədə danışıqlar aparmağa açıqdır”.
Lakin o, Moskvanın belə bir təklif alıb-almadığını dəqiqləşdirməyib.
Əvvəllər bildirilirdi ki, ABŞ, Ukrayna və Rusiya nümayəndələri oktyabr ayında Əbu-Dabidə enerji infrastrukturuna zərbələrdən qarşılıqlı imtina da daxil olmaqla, mümkün qismən atəşkəsi müzakirə etmək üçün görüşə bilərlər.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin