Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda keçiriləcək "Şelburn"a qarşı matçdan danışıb.
QOL.az xəbər verir ki, o, matçdan öncə keçirilən mətbuat konfransında deyib: - Çox yaxşı bir komandaya qarşı oynayırıq.
Bu komanda haqqında ancaq xoş sözlər demək olar. Çünki bu komandanın oyununu həm də canlı izlədim.
Özünəxas oyun üslubu və bunu düzgün yerinə yetirən futbolçuları var. Çox intizamlı və fiziki cəhətdən yaxşı olan oyunçuları var.
Rəqibin oyun təcrübəsi bizdən biraz yuxarıdır. Çünki onlar həm çempionatlarında oyunlarını davam etdirirlər, həm də artıq Çempionlar Liqasın
Ona görə idman forması baxanda, böyük ehtimal, bizdən daha yaxşı durumdadırlar. Hər bir halda rəqibi yaxından tanımağa çalışmışıq.
Sabahkı oyunda mütləq çalışmalıyıq ki, səhvsiz oynayaq. İnanıram ki, ən azından azarkeşlər üçün maraqlı oyun olacaq.