Olaf Şolts Kiyevə gəlib

02.12.2024

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniya kansleri 2,5 ildə ilk dəfə Ukraynaya səfər edib

Almaniya kansleri Olaf Şolts son 2,5 ildə ilk dəfə Ukraynaya səfər edib. AYNA xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Almaniya hökumətinin başçısı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

“Şolts Kiyevə qatarla gəlib. Onun səfəri təhlükəsizlik səbəbindən əvvəlcədən elan olunmayıb”, - deyə qeyd olunub.

Xatırladaq ki, Almaniya kansleri dekabrda Berlinin Ukraynaya 650 milyon avro dəyərində silah tədarük edəcəyini açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью