Olaf Şoltsun Kansler kimi fəaliyyəti başa çatdı

06.05.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın Federal Kansleri Olaf Şoltsun bu vəzifədə fəaliyyətinin başa çatması ilə əlaqədar Berlində vida mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Bundestaqın sədri Yuliya Klökner, dövlət və hökumət rəsmiləri, parlamentin deputatları iştirak ediblər.

Berlindəki “Bendlerblok” kompleksində təşkil olunan mərasimdə çıxış edən Olaf Şolts qarşıdan gələn hökumət dəyişikliyini “demokratik normanın ifadəsi” kimi dəyərləndirib. “Almaniyaya onun Federal Kansleri kimi xidmət etmək həyatımın ən böyük şərəfi idi və bu, belə də da qalacaq”, - deyən Olaf Şolts yeni hökumətin sivil, kollegial və ləyaqətli şəkildə hakimiyyətə keçməsini yüksək qiymətləndirib, gələcək Kansler Fridrix Mertsə uğurlar arzulayıb.

Qeyd edək ki, Almaniyada hökumət dəyişikliyi rəsmi olaraq mayın 6-da baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью