“Olanımız budu” Aslan Kərimov Santuşdan razıdı

27.05.2025

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yığmanın baş məşqçisi Fernando Santuş qarşıdakı yoldaşlıq oyunları üçün beşi hücumçu olmaqla 25 futbolçu dəvət etdi.

Bəs heyət seçimi nə dərəcədə qaneedicidi? Daha kimləri çağırmaq olardı? “Football-plus.az”ın suallarına Aslan Kərimov cavab verdi:

“Sensasiyalı heyət deyil. Legionerlərin özlərinə məxsus oyun görüşləri var. Yəqin ki, Mərt Çəlik də buna görə çağrılıb. Hazırda çağrılmayan elə futbolçu yoxdu ki, böyük müzakirələrə səbəb olsun. Bir ara Qara Qarayev, Emin Mahmudov söhbəti var idi. Yaxud gənc oyunçu çağrılanda “hələ tezdi” deyirdilər. Böyük mənada heç nə dəyişəsi deyil. Olanımız budu. Santuş tərəfdən baxsaq, doğru qərarlar verdiyini deyə bilərik”.


MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью