Olavio Juninyo Qarabağdan ayrılır? Xəbər saytı Son xəbərlər və Hadisələr

22.11.2024

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Olavio Juninyo Avropa Liqasında uğursuz nəticələrdən heç məmnun olmadığından "Qarabağ" klubu ilə yollarını ayırmaq istəyir.

BAKU.WS Apasport.az-a istinadən xəbər verir ki, braziliyalı psixoloji olaraq oyunlara köklənməkdə çətinlik çəkir və məhsuldarlığı da xeyli düşüb.

O, yayda klubla yeni müqavilə bağlamışdı. Buna səbəb Juninyonun komanda ilə Çempionlar Liqasına yollanmaq niyyətində olması idi. Lakin "Qarabağ" Avropanın bir nömrəli klub turnirinə vəsiqə qazana bilmədi.

Hazırda ağdamlıların Avropa Liqasında durumu da yaxşı deyil. Komanda pley-offa yüksələ bilməsə, böyük ehtimalla Juninyonun xidmətində maraqlı olan klublarla danışıqlar başlanacaq.

Qeyd edək ki, yayda Olavio Avropa klublarının təklifini rədd edərək "Qarabağ"da qalmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью