Olavio Juninyo Sevilya ilə razılaşdı

19.12.2024

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın "Sevilya" klubu "Qarabağ"ın forvardı Olavio Juninyonun keçidini tamamlayıb.

Oxu.Az "Ficherio"ya istinadən xəbər verir ki, "sambaçılar"la razılıq əldə olunub və transfer tamamlanıb. Bircə "Qarabağ"ın "hə" deməsi gözlənilir.

Mənbənin məlumatına görə, Olavio üçün Ağdam klubuna veriləcək məbləğ də bəllidir. Əvvəlcə əndəlüslülər bu keçid üçün 2 milyon avro xərcləmək istəsələr də, təmsilçimiz bunu qəbul etməyib. La Liqa klubu keçidin reallaşması üçün "3+1" milyon avro ödəyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью