Olavio Juninyonu razı sala bilməyən Sevilya argentinalı hücumçu ilə danışıqlara başlayıb

08.01.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Qarabağ"ın futbolçusu Olavio Juninyonu heyətinə qatmaqda çətinlik çəkən İspaniyanın "Sevilya" klubu diqqətini başqa hücumçuya yönəldib.

Oxu.Az "Vamos Mi Sevilla"ya istinadən xəbər verir ki, Əndəlüs təmsilçisi Belçikanın "Anderlext" komandasında çıxış edən Luis Vaskeslə maraqlanır.

La Liqa klubu 23 yaşlı argentinalı forvardı satın almaq hüququ ilə mövsümün sonunadək icarəyə götürmək istəyir.

Qeyd edək ki, Braziliya mətbuatı Olavio Juninyonun "Flamenqo"ya transfer oluna biləcəyini yazıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью