Olavio Juninyonun Flamenqo dakı gələcəyi sual altındadır

15.05.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Flamenqo"nun ilin əvvəlində 5 milyon avroya "Qarabağ"dan transfer etdiyi Juninyo Olavionun komandada işi çətinləşib.

Oxu.Az Braziliya mətbuatına istinadən xəbər verir ki, A Seriyası klubu yeni mərkəz hücumçusu ilə güclənməyə hazırlaşır.

Juninyonun performansı məşqçilər korpusunun ürəyincə olmadığından, rəhbərlik "Əl-Əhli"də çıxış edən Roberto Firmino ilə danışıqlara başlayıb. Firmino özü də yaşının çoxluğu ilə əlaqədar Səudiyyə Ərəbistanından ayrılmaq və karyerasının son illərini vətəni Braziliyada keçirmək arzusundadır.

Qeyd edək ki, Roberto Firminonun "Əl-Əhli" ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью