Olduqca yumşaq çıxışla yadda qaldıq və sadə səhvlər etdik Əmrə Can

10.04.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çempionlar Liqasının 1/4 final mərhələsinin İspaniyada baş tutan ilk oyununda "Barselona"ya 0:4 hesabı ilə uduzan Dortmund "Borussiya"sının kapitanı Əmrə Can ağır məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Yaxşı oynamadıq. Olduqca yumşaq çıxışla yadda qaldıq və sadə səhvlər etdik. Belə səviyyəli oyunlarda asan səhvlərə görə sərt şəkildə cəzalandırılırsan. Zəif oynadığımız üçün belə nəticə qeydə alındı".

Xatırladaq ki, tərəflərin Dortmunddakı cavab qarşılaşması aprelin 15-də olacaq.

Nihat 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью